Xalq artisti Aygün Kazımova “Şourum” proqramının “Deyirlər ki…” rubrikasının qonağı olub.
7Times.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandırıb. Kazımova müğənni Samir Bağırovdan danışaraq, onu tənbəl adlandırıb:
“Çox istəyərdim Samir Bağırov layiq olduğu yeri tutsun. Onun dostluğu arada birtərəfli, arada qarşılıqlı, arada da qarşılıqsız olur. Samiri hər dəfə kimsə çıxartmalıdır. Bu rol da çox vaxt mənim üzərimə düşür. Bu da içdən gələn bir şeylərdir. Samirlə səhnəyə gələn biz dostları “Xalq artisti” oldu. Samir isə heç “Əməkdar artist” deyil. Bu da tənbəllikdən irəli gəlir. İnsan çox istedadlı ola bilər, amma tənbəldirsə, layiq olduğu təbəqəyə çatmayacaq. İstedadla birlikdə əmək sərf etməlisən. Oturub uğursuzluqlarında kimisə günahkar çıxartmaq olmaz. Uğur da, uğursuzluq da insanın öz əlindədir”.
Müğənni “Deyirlər, bu sahədə dostluq yoxdur” sözlərinə belə cavab verib:
“Şeytan işidir… Niyə? Bu sənin seçdiyin sənətdir. Hansısa zirvəyə çatmamısansa, arzunu həyata keçirməmisənsə, ayağın boydakılar səhnəndədir sən yoxsansa, kimisə günahlandırma. O mənə bunu etmədi məndə də olmadı. Kimsə sənə dəstək olursa, minnətdar ol. Elə onların sayəsində Samir bu gün gəlib hamının gözlədiyi Samir Bağırov olmur. İnsanın xasiyyəti, düşüncəsi ya onun dostudur, ya da düşmənidir”.