Səudiyyə Ərəbistanı bu il həccə getmək istəyən zəvvarlarla bağlı yeni qərar qəbul edib.
7times.az xəbər verir ki, həccə getmək istəyənlərdən mütləq şəkildə koronavirusa qarşı peyvənd olunmaları tələb olunacaq.
Bununla bağlı qərarı Səudiyyə Ərəbistanın Səhiyyə Naziri Tevfiq Əl-Rabiyə açıqlayıb. O bildirib ki, həcc ziyarətlərində koronavirus qarşı tədbirlər görüləcək və sadəcə peyvənd olunmuş şəxslərin müqəddəs yerləri ziyarət etməsinə izacə veriləcək. Nazir həmçinin qeyd edib ki, bununla bağlı koronavirus komissiyasının qurulması barədə göstəriş verib.
Elmir Kərimli
Follow @7timesaz