Maqazin

“Hələ bir az yaşamaq istəyirəm” – Məşhurlar vaksin haqda nə düşünür? 

“Hələ bir az yaşamaq istəyirəm” – Məşhurlar vaksin haqda nə düşünür?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020 ci il başlar- başlamaz koronavirus adlı bəla dünyanı öz cənginə aldı. Hamını bu bəladan qurtulmaq üçün bir sual maraqlandırırdı. Peyvənd varmı?

Alimlər bu suala cavab tapdı. Artıq peyvənd var. Amma insanlar tərəddüd qarşısında qalıb. Eləyək ya elətdirməyək? Güvənək ya güvənməyək?

Yanvarın 18-də Azərbaycan da COVID-19-a qarşı peyvəndləmə prosesinə start verdi. Bu proses ölkəmizdə də bir çox sualları gündəmə gətirdi. Ən çox da peyvəndlərin təhlükəsizliyi ilə bağlı sualları…

7times.az saytı olaraq bu suallara bu dəfə sənət xadimləri arasında cavab axtardıq. Onların fikirlərini sizə təqdim edirik:

Xalq artisti: Naibə Allahverdiyeva:

Açığını deyim mən qorxuram!
Fikirlər yayılır ki, bu vaksini vursalar kimdə ki, müəyyən xəstəliklər var, o insanlara pis təsir edəcək. (Gülür) Yəqin ki, dövlətimiz insanlarımız haqqında fikirləşir. Əks halda vaksinləri gətirməzdi. Mən dövlətimizə inanıram! Amma yenə də qorxuram. Tam deyə bilmərəm elətdirəcəm ya elətdirməyəcəm. Qorxu hissi var içimdə. Bir az yaşamaq istəyirəm.

Əməkdar artist: Nicat Kazımov 

Sözün açığı bilmirəm… Bir az tərəddüd var. Əyər bizim işə çıxmağımız, normal həyata dönməyimiz vaksindən aslıdırsa yəqin ki, elətdirəcəm. Hələ ki, vaksinin hansı nəticələr verəcəyindən heç kəsin xəbəri yoxdu. Ümid edirəm yaxşı olacaq.

Aktyor: Elşən Hacıbabayev

Mən düşünürəm ki, vaksin eləmək lazımdır. (Gülür) Amma bir tərəfdən də qorxu da yaradır. Əslində dəqiqləşdirməmişəm mən bu vaksini eləmək istəyirəm, ya istəmirəm? Əgər vaksin elətdirsəm nəyə görə elətdirərəm? Saglamlığım üçün, digər insanları yoluxdurmamaq üçün.
Elətdirməməyimin səbəbi isə yoxdu. Səbəb olmamalıdı. Bax bunu dəqiq bilmirəm.

Aktyor: Faiq Mirzəyev:

Hələ ki, gözləmə mövqeyindəyəm. Çunki bizdən qabaq Kanada, Böyük Britaniya kimi ölkələr sınaqdan keçirir və bizə də indi gəlib çatıb. Dövlətimiz ehtiyatla öz insanını fikirləşir. Ona görə də gözləyirik. Bildiyimiz kimi peyvəndləşmə mərhələlərlə gedir. İlk mərhələdə tibb işçilərimiz peyvəndləndi. Vaxt keçdikcə hər şeyi gorəcəyik. Yaxşı olarsa qaca-qaça gedəcəm. Əgər birincilərdə effekt ürəy açan olmasa, onda mən öz həyatımı riskə atmayacam.

Əməkdar artist: Elşən Rüstəmov

Əlbətdə peyvənəndlənmə o mənada yaxşı olar ki, keyfiyyəti doğurdan da yaxşıdı. Peyvənd doğurdan da bu xəstəlikdən xilas edəcəksə onda mən niyə də vurmayım? Amma müəyyən şübhələr var peyvənd necə təsir edəcək? Necə olacaq? Dəqiqləşəndən sonra heç nəyə ziyan deyil vurmaq olar. Bu mənada bir az tərəddüd edirəm. Görək hadisələrin sonrakı inkişafı nə göstərəcək, necə olacaq…

Murad Muradov