İdman

“Hələ heç kim Tomas Mülleri belə alçaltmamışdı”

“Hələ heç kim Tomas Mülleri belə alçaltmamışdı”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mönhenqladbax “Borussiya”sına 2:3 hesabı ilə uduzan “Bayern Münhen” Almaniya Bundesliqasında lider mövqeyini təhlükə altına atıb. 

Fanat.Az xəbər verir ki, sonuncu dəfə ötən il sentyabrın 17-də məğlubiyyət acısı yaşayan münhenlilər bütün yarışlarda keçirdiyi ardıcıl 21 oyundan sonra ilk yenilgiylə üzləşib.

 

Dayot Upamekanonun 8-ci dəqiqədə qırmızı vərəqə alması, üstəlik beş dəqiqə sonra isə “Borussiya”nın hesabda önə keçməsi baş məşqçi Naqelsmannı erkən əvəzetməyə əl atmağa vadar edib. Ancaq onun Tomas Mülleri 16-cı dəqiqədə oyundan çıxarması kəskin reaksiyalara səbəb olub. Almaniyanın “Bild” qəzeti bugünkü sayında yer verdiyi yazıya belə sərlövhə seçib: “Heç kim Mülleri Naqelsmann kimi alçaltmamışdı”.

Naqelsmann artıq bu qərarına görə peşman olduğunu deyib. “Bu, pis qərar idi və mən Tomasdan üzr istəyirəm. Həmin anda bizə sürət lazım idi. Toması alçaltmağımla bağlı iddialar cəfəngiyatdır. Mən onunla danışacağam”.

Qeyd edək ki, bu, Müllerin Bundesliqada “Bayern” forması ilə keçirdiyi 429-cu oyunu olub. 33 yaşlı hücumçu bütün peşəkar karyerasını Münhen klubunda keçirib.