Dünya

HƏMAS-ın nümayəndə heyəti Moskvada səfərdə olub

HƏMAS-ın nümayəndə heyəti Moskvada səfərdə olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağında hakimiyyətdə olan HƏMAS-ın beynəlxalq əlaqələr bürosunun rəhbəri Musa Əbu Marzukun başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvaya səfər edib.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, nümayəndə heyəti Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb.

Məlumata görə, tərəflər Qəzza zolağında atəşkəsə nail olmağın yollarını müzakirə edib. Qeyd edilib ki, HƏMAS-ın girov götürdüyü insanlarla bağlı fikir mübadiləsi edilib.