HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İrana son səfəri zamanı ölkədə geniş dəstək mitinqlərinin keçirilməsini istəyib.
7Times.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının baçısı Vahid Cəlalzadə deyib.
Cəlalzadə İsrailə qarşı bəyanat və mitinqlərin dayandırılmamalı olduğunu bildirib:
“HƏMAS İran xalqından hərbi texnika və ya raket istəmir, onlar ancaq bizim dəstək aksiyaları keçirməyimizi, İsrailə qarşı şüarlar səsləndirməyimizi istəyirlər”.
Follow @7timesaz