Dünya

HƏMAS İsrail kəşfiyyatını bu cür aldatdı

HƏMAS İsrail kəşfiyyatını bu cür aldatdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailə edilən sonuncu hücum 1973-cü il müharibəsindən sonra ölkənin müdafiəsində ən ciddi pozuntudur. İsrail Qəzzadakı işçilərə iqtisadi stimullar verməklə müharibədən yorulan HƏMAS-a nəzarət etdiyinə əmin olanda, qrupun yaraqlıları tez-tez göz qabağında olmaqla təlim keçirdilər. HƏMAS İsraildə döyüşə hazır olmadığı barədə təəssürat yaratdı.

7Times.az  xəbər verir ki, bu barədə “Röyters” HƏMAS-a yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbə hücum və onun hazırlanması ilə bağlı bir çox təfərrüata toxunub:

“HƏMAS son aylarda İsraili çaşdırmaq üçün misli görünməmiş kəşfiyyat taktikalarından istifadə edib. Onlar ictimaiyyətdə belə bir təəssürat yaratdı ki, bu kütləvi əməliyyata hazırlıq İsraillə döyüşə və ya qarşıdurmaya girmək üçün edilmir. Təlimin ən diqqətçəkən elementlərindən biri Qəzza zolağında İsrail yaşayış məntəqəsinin maketinin inşası olub. Burada məşq edilib və ora hücum etmək üçün manevr təlimləri keçirilib. İsrail, təbii ki, onları görürdü. Lakin əmin idi ki, HƏMAS qarşıdurmada maraqlı deyil. Bu arada HƏMAS İsraili inandırmağa çalışıb ki, o, daha çox Qəzzadakı işçilərin xaricdə iş imkanına malik olmasını təmin etməklə məşğuldur və yeni müharibəyə başlamaqda maraqlı deyil. HƏMAS İsrailə qarşı hərbi avantüraya hazır olmadığı təəssüratı yarada bildi. Planın mühüm hissəsi sızmaların qarşısını almaq idi. HƏMAS-ın bir çox lideri bu planlardan xəbərsiz idi. Təlim zamanı hücumda iştirak edən 1000 döyüşçü təlimin dəqiq məqsədini bilmirdi”.

Mənbə bildirib ki, ilk addım Qəzza zolağına atılan 3000 raket olub:

“Bu, deltplanlarla sərhədi keçən silahlıların gəlişi ilə eyni vaxta təsadüf etdi. Onlar yerə düşdükdən sonra ərazini mühafizə etdilər ki, komando birliyi Qəzza zolağı ilə yaşayış məntəqələrini ayıran və sızmanın qarşısını almaq üçün İsrail tərəfindən tikilmiş möhkəmləndirilmiş elektron və beton divara hücum edə bilsin. Yaraqlılar baryerləri yarmaq üçün partlayıcıdan istifadə edib, daha sonra motosikletlərlə ərazini keçiblər. Buldozerlər boşluqları genişləndirdi və daha çox yaraqlı dördtəkərli maşınlarda içəri girdi.

Komando bölməsi Qəzzanın cənubunda İsrail ordusunun qərargahına hücum edib və kommunikasiyaları bağlayıb, şəxsi heyətin komandirlərinə bir-birini çağırmasına mane olub. Son hissə girovların Qəzza zolağına köçürülməsini əhatə edirdi. Bu, əsasən hücumun ilkin mərhələlərində əldə edilmişdir”.

Qeyd olunur ki, İsrail hücuma qəfil yaxalandığını etiraf edir. HƏMAS yaraqlıları İsrail şəhərlərinə soxulub, 700 israillini öldürüb, onlarla adamı qaçırıb.

“Bu, bizim 11 Sentyabrımızdır. Onlar bizi təəccübləndirdilər. Qısa zamanda müxtəlif yerlərdən – həm havadan, həm qurudan, həm də dənizdən hücuma keçdilər”, – İsrail Müdafiə Qüvvələrinin sözçüsü mayor Nir Dinar bildirib.

İsrail ordusunun başqa bir rəsmisi isə vurğulayıb ki, onların Qəzzaya pul gətirmələrinin müəyyən qədər sakitlik yaradacağını düşünüblər: “Biz səhv etmişik”.

İsrail təhlükəsizlik qüvvələrindəki mənbə etiraf edib ki, İsrail təhlükəsizlik xidmətləri HƏMAS tərəfindən aldadılıb:

“Bizi inandırdılar ki, onlara yalnız pul lazımdır. İğtişaş başlayana qədər hər zaman təlimlərdə iştirak edirdilər”.

Redaktor.az