“HƏMAS”-ın silahlı qruplarının oktyabrın 7-də İsrail dövlətinə qarşı hücumunun detalları açıqlanıb.
Bu barədə “Haaretz” qəzeti yazıb.
Məlumata görə, yerli vaxtla səhər saat 6:29-da Qəzza zolağından İsrailə, o cümlədən Təl-Əvivə misli görünməmiş raket hücumu başlayıb. Ümumilikdə 2500 raket atılıb. Daha sonra raket hücumları təkrarlanıb.
Eyni zamanda “HƏMAS” silahlıları təhlükəsizlik divarının üzərindən paraplanla keçərək İsrail yaşayış məntəqələrinə hücum ediblər. Hücum həm tunellər həm də dənizdən kiçik gəmilərlə həyata keçirilib.
Bundan əlavə, silahlı qruplar ağır texnika ilə çəpərləri partladaraq dağıdıb, sonra İsrailin sərhəd yaşayış məntəqələrinə soxulublar.
“Zikim” hərbi bazasına və İsrail Müdafiə Ordusunun (ÇAXAL) böyük qərargahına hücumlar olub.
Follow @7timesaz