Xalq artisti Həmidə Ömərova uzun fasilədən sonra yenidən aparıcılıq edəcək.
Axşam.az xəbər verir ki, bu haqda aktrisa özü paylaşım edib. O bildirib ki, aparıcılıq edəcəyi proqram “Kanal S”də yayımlanacaq.
H.Ömərova verilişin həftənin şənbə günü efirə gedəcəyini vurğulayıb.
Qeyd edək ki, H. Ömərova indiyədək “Retro”, “Kinoştrix”, “Seans” kimi verilişlərin aparıcısı olub.