İdman

“Həmin anda şoka düşdüm, 2 dəqiqə özüm gələ bilmədim”

“Həmin anda şoka düşdüm, 2 dəqiqə özüm gələ bilmədim”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın müdafiəçisi Jordi Alba PSJ-nin superulduzu Lionel Messinin Kataloniya təmsilçisinə mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, “Sport.es” Albanın dediklərini belə çatdırıb:

“Onun qayıtmasını istəyərdim, ancaq bu istəyin reallaşıb-reallaşmayacağını bilmirəm. Biz Messi ilə bu barədə danışmamışıq. Çünki o, müqavilə ilə PSJ-yə məxsusdur. Əlbəttə, mən “Barsa”ya dönməsini arzulayıram. Bu, həm klub, həm də onun özü üçün yaxşı olar.

Messinin gedişini böyük üzüntü ilə qarşılamışdım. PSJ-yə keçdiyini eşitdiyim anda şoka düşdüm, 2 dəqiqə özümə gələ bilmədim. Çox ağır idi. Onunla möhtəşəm münasibətimiz var. Leonun “Barselona”dan ayrıldığına inana bilmirdim. Ona zəng vurdum. Mənə qalmasının mümkün olmadığını söylədi. Bu cavabdan sonra dərinliklərə getməməyi üstün tutdum. Nə baş verdiyini yalnız klub və özü bilir”.