Maqazin

“Həmin gün biz bağa getməməli idik…” – Dilarə qəzadan danışdı

“Həmin gün biz bağa getməməli idik…” – Dilarə qəzadan danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artisti Dilarə Əliyeva bir neçə ay bundan əvvəl qəzada vəfat edən SOY pradakşının keçmiş rəhbəri olan Oqtay Əliyevlə keçirdiyi qəzadan danışıb.

7Times.az  xəbər verir ki, aktrisa Astar tv-yə müsahibəsində bildirib ki, onların həmin gün bağa getmək planları yox imiş. Sonradan Oqtay Əliyev bağa getmək istədiyini bildirib:

“Biz həmin gün bağa getməli deyildik. Heç mən də getmək istəmirdim. Çünki ora bir gün əvvəl getmişdik. Qəşəng tonqal qalayıb, Novruz bayramını da qeyd etdik. Həmin gün Oqtayın işi çox idi və özü də yorğun idi. Ora getməməli idik. O, çox israrla bağa getmək istəyirdi. Nə yaxşı ki, onunla mən də getdim. Əgər Oqtay bağa mənsiz getsəydi və başına belə bir hadisə gəlsəydi, özümü heç zaman bağışlamazdım. Deyərdim ki, bəlkə o hadisə yerində olsaydım, nəsə edə bilərdim. Bağa gedəndə hər şey yaxşı idi. Mənə “Yenə gedək” dedi. Mən də onun uşaq kimi sevinməyini bilirəm axı. Mən də onun ürəyincə olsun deyə, bağa getməyə razılığımı verdim. Getdik… Həmin an mən arxada idim, Oqtay isə sükan arxasında. Mehriban Zəkini isə Oqtay birinci götürmüşdü. Zəng elədim Mehribana dedim ki, bağa gedəcəyik, istəyirsən bizlə gedək. O isə cavabında evdə və boş olduğunu söylədi. Mehribanın arxasınca gedib. Avtomobili saxlayıb, Mehribana deyib ki, qabaqda əyləş, bir də fırlanma. O isə “Bura Dilarənin yeridir” deyib. Oqtay isə “Nə fərqi var. Əyləş” deyib”.

Qəza anından danışan aktrisa bildirib ki, hər şey yolunda olub. Hadisə qəfil baş verib:

“Birdən gördük ki, maşın sürətləndi. Avtomobilin sürətlənməyindən biz qışqırdıq. Oqtay, Oqtay qışqırdıq. Bir anlıq maşın aşdı. Gözümü açanda Oqtayı meaşından çıxarmışdılar. Mehriban yaralanmışdı. Mənə heç nə olmadı. Oqtayın yanına getmək istəyirdim, qoymurdular. Bilmirdim, ölüb. Deyirdilər ki, yaralıdı. O an istəyirdim ki, uşaq kimi məni aldatsınlar”.

Qeyd edək ki, O.Əliyev 22 mart tarixində axşam saat 18:00 radələrində avtomobil qəzasında dünyasını dəyişib. Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. Mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra SOY prodakşna onun xanımı, əməkdar artist Dilarə Əliyeva rəhbərlik edir.