Ölkə

“Həmin şəxslər ifşa edilməlidir, əks halda ölümlər davam edəcək” – AÇIQLAMA

“Həmin şəxslər ifşa edilməlidir, əks halda ölümlər davam edəcək” – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qadın zorakılığı ilə mübarizə üçün bir sıra dəyişikliklər, tədbirlər görülməlidir”.

7Times.az xəbər verirki,bunu Sfera.az-a açıqlamasında  psixoloq Nizami Orucov deyib. Onun sözlərinə görə, bütün bunlar hökümətin məsuliyyəti sahəsinə aiddir:
“Ümummilli səviyyədə zorakılığa qarşı maarifləndirmə proqramları qəbul edib, bağçadan başlayaraq hər sahədə icra etmək lazımdır. Təkcə qadınlara qarşı yox, ümumiyyətlə zorakılığın bütün növləri, istənilən canlıya qarşı, heyvanlar da daxil, ağır cəzalar tədbiq edilməlidir. Qanunvericilikdə ciddi dəyişikliklər olmalıdır.
Zorakılıq edən insanlar məcburi müalicəyə göndərilməlidir. Bunun üçün hələlik ölkəmizdə mövcud olmayan, lakin yaradılmasına kəskin ehtiyac olan mərkəzlər qurulmalıdır. Zorakılığı dəstəkləyən, gizlədən, həmçinin törədən və bundan imtina etməyən insanlar cinsindən asılı olmayaraq ifşa edilib, aşkara çıxarılmalıdır. İş yeri, ailə üzvləri, bu kimi məlumatlar ictimaiyyətə təqdim edilməlidir. Biz bilməliyik ki, filan binada, filan iş yerində zorakılığa meyilli insan yaşayır. Filan kəslər bunu dəstəkləyir, gizlədir. Onlara qarşı hüquqi və maddi sanksiyalar tədbiq edilməlidir”.
Psixoloq həmçinin qeyd edib ki, zorakılığa məruz qalan şəxslər, yaşından və cinsindən asılı olmayaraq dövlətin birbaşa qoruma və himayəsinə keçməlidirlər:
“Pulsuz psixoloji, hüquqi dəstəklə təmin edilməli, canları dövlətin təminatı ilə qorunmalıdır. Qeyd etdiklərimi həyata keçirmək üçün ölkədə siyasi və hüquqi islahatlara başlamaq lazımdır, əks halda, bütün söhbətlər “mətbəx səviyyəsində” olacaq, ölümlər də davam edəcək”.