İran və ABŞ arasında nüvə silahı böhranı yaşanır.
ABŞ prezidenti Baydenin İranın nüvə silahına malik olmasının qarşısını almaq üçün “lazım gələrsə güc tətbiq edəcəyik” sözlərindən sonra İran prezidenti ona sərt cavab verib.
Rəis açıqlamasında bildirib ki, ABŞ və müttəfiqləri etdikləri hər bir səhvə görə peşman olacaq qədər güclü cavab verəcəklər.
Respublika prezidenti Kirmanşah vilayətində ictimaiyyət qarşısında çıxışı zamanı bildirib ki, İran regionda heç bir təhlükə və ya böhranı qəbul etməyəcək.
İranın hər zamankından daha güclü olduğuna işarə edən Rəisi, “ABŞ və müttəfiqləri hər səhvindən peşman olacaq sərt bir cavabla qarşılaşacaqlar” deyə bildirib. ABŞ-ın hazırkı gücünü hər zamankından daha zəif olduğunu söyləyən Rəisinin sözlərinə görə, İrana qarşı sanksiya və maksimum təzyiq siyasəti məğlubiyyətə uğrayacaq:
“Onlara köhnə siyasətlərini bir daha yaşamamalarını tövsiyə edirik”.
Follow @7timesaz