“NATO bizə hücum etməyə çalışacaq hər bir düşmənlə qarşılaşmağa hazırdır”.
7Times.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Rusiyanın 2030-cu ilə qədər NATO-ya hücum ehtimalı ilə bağlı danışarkən deyib.
O, Rusiya lideri Vladimir Putinin Ukraynada istədiyi nəticəni almasına imkan verməyəcəklərini bəyan edib.
“Rusiya şərqdə irəliləməyə davam edir, lakin bu, onlara çox baha başa gəlir. Qışa doğru getdiyimiz bir vaxtda Ukraynanın kritik enerji infrastrukturuna davamlı hücumlar olunur. Ona görə də Vaşinqton Sammitində üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməliyik. Alman kəşfiyyat rəsmilərinin Rusiyanın 2030-cu ilə qədər NATO-ya hücum edə biləcəyi xəbərdarlığına gəlincə, mən bu mövzuda aydın danışacam. NATO indi bizə hücum etməyə çalışacaq hər bir düşmənlə, hər bi rəqiblə qarşılaşmağa hazırdır. Putin Ukraynada istədiyini ala bilməyəcək. NATO ərazisinin hər qarışı üçün həm indi, həm də gələcəkdə nə lazımdırsa edəcəyik”,- Rutte bildirib.
NATO-nun Ukraynadakı strategiyası ilə bağlı suala isə o, belə cavab verib: “2022, 2023, 2024-cü illərdə başqa bir ölkəni işğal edə bilməzsiniz. Biz müstəmləkəçilik dövrünü geridə qoyduq, dünyanın əksər hissəsində müstəmləkəçiliyi ləğv etdik. İndi başqa bir ölkənin müstəmləkəyə çevrilməsi qəbuledilməzdir. Biz Ukraynaya böyük hərbi yardım göstərəcəyik. Bu o deməkdir ki, biz Ukraynanı müqavimət göstərə biləcəyimiz mövqeyə keçirəcəyik. Bu məsələ üzərində çox işləyirik. Əgər bir gün Zelenski və komandası Rusiya ilə müharibəni necə bitirmək barədə müzakirə etmək qərarına gəlsələr, bunu güc mövqeyindən edəcəklər ki, danışıqlarda üstün tərəf olsunlar”.
“AzPolitika”
Follow @7timesaz