Həbsdə olan Rusiya müxalifətinin lideri Aleksey Navalnı həbsxanada üzləşdiyi hadisələrlə bağlı maraqlı açıqlamalar verib.
“AzPolitika.info” xəbər verir ki, Arktikada həbs həyatı yaşayan Navalnı, bildirib ki, onu hər səhər saat 5-də zorla Putini dəstəkləyən “Şaman” adlı pop müğənnini və Rusiyanın dövlət himnini dinləməyə məcbur edirlər.
Navalnı həmin müğənninin ifasında hər səhər “Mən rusam” mahnısını dinlədiyini deyir.
Navalnı bu mahnının həm də “Putinin mahnısı” adlandırıldığını bildirir.
Follow @7timesaz