KTMT-nın Yerevanda baş tutmuş sammitində Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması mövzusuna da toxunulub.
7Times.az xarici mediya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu mövzuya səmimi, birbaşa, konstruktiv şəkildə toxunulub. Hələ hər şey razılaşdırılmayıb, həllini gözləyən müəyyən nüanslar var, amma bu mövzu gündəmdədir”, – o, qeyd edib.
Peskov vurğulayıb ki, Rusiya tərəfi sülh yolu ilə nizamlanmaya gətirib çıxaracaq bütün mümkün səyləri alqışlayır.
“Rusiya çox mühüm rol oynamaqda davam edir. İrəvan və Bakı Rusiyanın bütün təkliflərini qəbul edib. Biz isə sabitliyə nail olmaq üçün ölkələrin bu xidmətlərə ehtiyac duyacağı müddətdə missiyamızı davam edəcəyik”, – deyə dövlət başçısının mətbuat katibi vurğulayıb.
Xatırladaq ki, ötən gün KTMT iclası çərçivəsində Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan liderləri gündəliyə daxil edilmiş məsələləri müzakirə ediblər.
Follow @7timesaz