Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda bir nəfər hərbiçinin şəhərə avtomobillə buraxılmaması ilə bağlı yayılan görüntülər Gəncə şəhər Baş Polis İdarəsində araşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7times.az-a verilən məlumata əsasən dekabr ayının 25-i gecə saatlarında hərbçinin müştəri qismində taksi ilə Gəncə şəhərinin Hacıməlikli girişindəki xüsusi karantin rejimi ilə əlaqədar qurulan stasionar polis postundan şəhərə daxil olmaq istəyərkən polis əməkdaşları tərəfindən müvafiq icazələrin olmadığı müəyyən edilərək, taksi sürücüsünün şəhərə girişi qadağan olunmuş, hərbi geyimli şəxs isə avtomobildən düşərək piyada şəhər ərazisinə daxil olub gedib.
Daha sonra onun video çəkərək polis əməkdaşlarının guya ondan pul istəməsi isə həqiqətə uyğun deyil.
Follow @7timesaz