Hadisə

Hərbi qulluqçumuz minaya düşdü

Hərbi qulluqçumuz minaya düşdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 15:00 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu minaya düşüb.

7times.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Nəzərxanlı Elgün Elxan oğlu Zəngilan rayonu ərazisində xidmət apardığı sərhəd döyüş məntəqəsinə hərəkət zamanı piyada əleyhinə minaya düşərək xəsarət alıb.

İlkin tibbi yardım göstərildikdən sonra hərbi qulluqçu helikopterlə  Füzuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala təxliyyə edilib, həkimlərin tam nəzarəti altındadır.