Maqazin

“Həyat yolaşım deməyib ki, filan rola çəkilmə…” – Aydan Axundzadə

“Həyat yolaşım deməyib ki, filan rola çəkilmə…” – Aydan Axundzadəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktyor İbrahim Çingizin həyat yoldaşı, aktrisa Aydan Axundzadə ATV-də yayımlanan “Gündən-günə” verilişində şəxsi həyatından danışıb.

Teleqraf.com xəbər verir ki, Aydan Axundzadə bu sözləri deyib: “Ailədə hər iki insan sənətçi olanda bəziləri düşünür ki, “Siz bir-birinizi o qədər tamamlayırsınız ki, sözünüz belə çəp gəlmir”.

Bizim sözümüzün üst-üstə düşməyən, fikirlərimizin fərqli istiqamətə getdiyi vaxtlar da olur. Sadəcə olaraq biz evlənmədən öncə bir-birimizi tanımışıq. Bu, çox vacib haldır. Mən kiminlə evləndiyimi, o, kiminlə evləndiyini bilirdi. Qarşılıqlı güzəştə gedirik. “Məni sevir, bağışlayar” – deyə düşünürək sui istifadə etmirik. Bu, hər ikimizə aiddir. Təbii ki, bir-birimizdən inciyirik, hətta dalaşa da bilərik. Bizim üstün cəhətimiz odur ki, hər şeyi müzakirə edirik, sənət, ailə və dostlar baxımından… Həyat yoldaşım heç vaxt mənə deməyib ki, filan rola çəkilmək olmaz, kimsə sənin əlindən tutacaq, üzündən öpəcək və s. olmaz. Biz sənət ailəsindənik”.

Qeyd edək ki, İbrahim Çingiz əməkdar artist Çingiz Əhmədovun oğludur. Aydan və İbrahim 2021-ci ildə ailə qurub. Cütlüyün bir övladı var.