Həyat yoldaşı məşhur Formula-1 pilotu Mixail Şumaxerin müalicəsinə pul çatdıra bilmir.
7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, əfsanəvi pilot uzun illərdir yataq xəstəsi olduğu üçün güclü müalicələrə ehtiyacı var. Bu səbəbdən həyat yoldaşı Korinna xəstəxana xəsrclərini ödəmək üçün ailə mülklərini dayanmadan satmağa başlayıb.
Şumaxerin illik müalicəsi 7 milyon avrodan çoxdur. Onun 8 şəxsi saatı ümumilikdə 4.1 milyon avroya satılıb.
Xatırladaq ki, “Formula 1″in əfsanəvi pilotu 11 il əvvəl Alp dağlarının Fransa hissəsindəki “Les Allues” adlı xizək mərkəzində sürüşərkən qayaya çırpılıb.
O gündən bugünə o xəstə yatağından qalxmır. Şumaxerin müalicəsi üçün bu günə qədər 90 milyon avro xərclənib.
O 1969-cu ildə Almaniyada doğulub, 7 dəfə dünya çempionu olub. Mixail “Formula 1” dünya çempionatına yüksələn ilk alman pilotdur.
BAKU.WS
Follow @7timesaz