Ölkə

Həyat yoldaşını döydüyü üçün intihar etdi

Həyat yoldaşını döydüyü üçün intihar etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Sabunçu rayonunda ər həyat yoldaşını döydüyü üçün intihara cəhd edib.

7Times.az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, Tramvay küçəsində yaşayan 1985-ci il təvəllüdlü Hacıyev Rza Səlim oğlu həyat yoldaşını döyərək ona xəsarət yetirib.

Əməlindən peşman olan R.Hacıyev intihara cəhd edib. O, mətbəx bıçağı ilə özünə bir neçə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.