Dünya

Heyli Biberdən gözlənilən etiraf gəldi: “Castini Selenadan oğurlamamışam..”

Heyli Biberdən gözlənilən etiraf gəldi: “Castini Selenadan oğurlamamışam..”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur model Heyli Biber ilk dəfə həyat yoldaşının keçmiş sevgilisi olmuş Selena Qomez haqqında danışıb.

Sfera.az bildirir ki, uzun illər Selena ilə eşq yaşayan müğənni Castin Biberin həmkarından ayrıldıqdan qısa müddət sonra modellə evlənməsi pərəstişkarlarını da təəccübləndirmiş və Heyli  “Castini Selenadan oğurlayan qadın” olaraq  yaddaşlarda qalmışdı.

Model ilk dəfə bu barədə səssizliyini pozub. O, Aleksandra Kuperin “Call her daddy” adlı podkastına qatılıb və Biberlə evliliyi haqqında diqqətçəkən açıqlamalar verib.

Heyli kimləsə münasibətdə olduğu müddətdə Castinlə eşq yaşamadığını vurğulayıb: “Mən onu Selenadan oğurlamamışam. Kiminsə münasibətini pozacaq xarakterdə biri deyiləm. Castin mənə evlilik təklifi edəndə artıq Selena ilə əlaqəni kəsmiş, “bütün dəftərləri bağlamışdı”. Düşünürəm ki, nişanlanmaq, evlənmək və həyata davam etmək Castin üçün baş verə biləcək ən yaxşı şey idi. Beynimin bir küncündə “Görəsən, həqiqətən münasibətini bitirib?” kimi düşündüyüm halda heç vaxt Castinlə evlənmək istəməzdim. Selena ilə münasibəti tamamilə bitdiyi üçün bir araya gələ bildik. Pərəstişkarları Castinin başqası ilə evlənməsini arzulayır və bu, problem deyil.  Onlar hər şeyi istəyə bilərlər, amma bu, reallıq deyil.  Biz öz həyatımıza davam edirik, onlar niyə edə bilmirlər?”.