Dünya

“Hindistan Azərbaycanla biznes potensialı araşdıracaq” – Vinay Kumar

“Hindistan Azərbaycanla biznes potensialı araşdıracaq” – Vinay Kumarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Hindistan Azərbaycanla kimya sənayesi məhsullarının ticarəti sahəsində biznes potensialı araşdıracaq”.
Bunu Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar Hindistanla Azərbaycan arasında aqrokimyəvi maddələr, pestisidlər, boya maddələri, qeyri-üzvi kimya sahəsində ticarət imkanlarının araşdırılmasına həsr edilmiş tədbirdə deyib.
V. Kumarın sözlərinə görə, bu gün təşkil edilən işgüzar görüş gələcəkdə ikitərəfli əlaqələri inkişaf etdirəcək: “Hindistanın kimya sənayesi kifayət qədər böyükdür, müxtəlif növlərdə kimya sənayesi məhsulları ixrac etmək gücündədir. Kimya sənayesinin Hindistanın ÜDM-sində payı 6,7 % təşkil edir”, – deyə o vurğulayıb.
O bildirib ki, 2022-ci ildə Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi 1,8 milyard ABŞ dolları olub: “Bu isə 2021-ci illə müqayisədə 2,5 dəfədən çox artım deməkdir”.