Hindistanın Maxaraştra ştatında xəstəxanalardan birində baş vermis güclü yanğın nəticəsində reanimasiya şöbəsinin azı 13 pasiyenti həlak olub.
7times.az xəbər verir ki, bu barədə ANI informasiya agentliyi bildirib.
Məlumata görə, yanğın koronavirus xəstələrinin müalicə edildiyi xəstəxanada baş verib. Xəstəxananın digər pasiyentləri yaxınlıqdakı tibb müəssisələrinə köçürülüblər.
Yanğınsöndürənlər alovu söndürmək üçün təxminən iki saat vaxt sərf ediblər. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.
Qeyd edək ki, bu, son günlər Hindistanda xəstəxanada baş vermiş növbəti bədbəxt hadisədir.
Aprelin 21-də bu ştatın başqa xəstəxanasında oksigen sızması baş verib. Nəticədə süni tənəffüs aparatlarına qoşulmuş 22 pasiyent həlak olub.
Follow @7timesaz