Dünya

Hindistanda iki qatar toqquşub, 70 nəfər ölüb, 350-dən çox insan yaralanıb – YENİLƏNİB – 2

Hindistanda iki qatar toqquşub, 70 nəfər ölüb, 350-dən çox insan yaralanıb – YENİLƏNİB – 2backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda yük və sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 70-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, qəza zamanı 350-dən çox insan yaralanıb.

20:43

Hindistanda sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində azı 50 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

20:05

Hindistanda sərnişin qatarı yük qatarı ilə toqquşub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Sərnişin qatarının 8 vaqonunun relsdən çıxdığı toqquşma nəticəsində bir neçə nəfərin öldüyü deyilir.

Qəzetin məlumatına görə, hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.