Dünya

Hindistanda sürüşmə nəticəsində ölənlərin sayı artdı

Hindistanda sürüşmə nəticəsində ölənlərin sayı artdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın qərbində sel və torpaq sürüşməsi səbəbindən həlak olanların sayı artıb.

7Times.az  “BBC News”a istinadən xəbər verir ki, Maxaraştra ştatında leysan yağışlarının səbəb olduğu torpaq sürüşməsi nəticəsində ən azı 110 nəfər həlak olub.

Məlumata əsasən, ştatda iyul ayı üçün son 10 ilin ən güclü yağışı qeydə alınıb. Hazırda xilasedicilər sağ qalanları təxliyyə edir.

Körpülər və mobil əlaqə qüllələri dağıldığından sahilyanı bölgənin biri ilə əlaqə kəsilib. Bölgə rəhbərliyi vertolyot ilə xilasedicilərin onları tapması üçün sakinlərdən evlərinin damının üstünə çıxmağı və orada gözləməyi tələb edib.

Sinoptiklər yağışın hələ önümüzdəki bir neçə gün davam edəcəyini bildiriblər.