Hadisə

Hindistanda tikinti kranının aşması nəticəsində azı 17 nəfər ölüb

Hindistanda tikinti kranının aşması nəticəsində azı 17 nəfər ölübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Maharaştra ştatında tikinti kranının aşması nəticəsində azı 17 nəfər ölüb.

7Times.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti yazıb.

Hadisə çərşənbə axşamı gecə Mumbaydan 80 km aralıda, Thane dairəsində avtomobil yolunun tikintisində baş verib. Tikinti kranı estakadanın üzərinə çökərək beton konstruksiyanın bir hissəsini dağıdıb. Hadisənin səbəbi hələ müəyyən edilməyib.

Olayda azı 17 nəfər ölüb, 3 nəfər yaralanıb. Dağıntılar altında daha beş nəfər ola bilər.

Nəşrin məlumatına görə, hadisə zamanı zərərçəkənlərin hamısı estakadanın tikintisində işləyib. Hindistanın Baş naziri Narendra Modi ölən və yaralananların ailələrinə başsağlığı verib, hökumət onlara birdəfəlik maddi yardım göstərəcək.