Dünya

Hindistanda torpaq sürüşməsi – 30-dan çox insan öldü

Hindistanda torpaq sürüşməsi – 30-dan çox insan öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın qərbində Maxaraştra ştatında torpaq sürüşməsi baş verib.

7Times.az  xəbər verir ki, leysan yağışlarının səbəb olduğu torpaq sürüşməsi zamanı ən azı 35 nəfər həlak olub.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, hadisə yerində vəziyyət çətin olaraq qalır. Həlak olanların sayının artacağı istisna olunmur.

Bununla yanaşı, leysan yağışları səbəbindən bəzi dəmir yollarını su basıb. Sərnişinlər bəzi şəhərlərə qədər avtobusla daşınıb. Həmçinin, bir neçə dəmir yoluna ziyan dəyib. Hazırda təmir-bərpa işləri aparılır.

Qafqazinfo