Dünya

Hindistanlı şarlarla evləndi

Hindistanlı şarlarla evləndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan sakini bildirib ki, o, şarlara elə aşiq olub ki, onlarla evlənib.

Kişinin dediyinə görə, o, şarlarla eyni yatağı paylaşır və onlarla intim münasibətdə olur.

28 yaşlı Aakaş Macumdarın evində böyük bir şar kolleksiyası var.

“Mən onların varlığını və istiliyini bəyənirəm. Şarlarımı öpürəm, onlarla çox vaxt keçirirəm”, – deyə kişi qeyd edib.

Məcumdarın sözlərinə görə, o, iki il əvvəl şarları hər şeydən çox sevdiyini anlayıb, onlara evlənmək təklifi edib. O vaxtdan kişi hamıya evli olduğunu bəyan edir.

“Bizim sevgimiz o qədər güclüdür ki, mən onlarsız yaşaya bilmərəm”, – Aakaş əlavə edib.