Ölkə

Hökməlidə 35 yaşlı kişi Tik-Tok-dan istifadə edən arvadına dəhşət yaşatdı — Təfərrüat

Hökməlidə 35 yaşlı kişi Tik-Tok-dan istifadə edən arvadına dəhşət yaşatdı — Təfərrüatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda 1987-ci il təvəllüdlü Eldar şəxsi münasibətlər zəminində arvadı Zümrüdə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 12-də Hökməli qəsəbəsi yeni məhəllədə baş verib.

Həmin yerdə yerləşən fərdi yaşayan Eldar arvadı Zümrüdün Tik-Tok sosial şəbəkəsindən istifadə etdiyinə görə mübahisə edib. O, münahisə zamanı arvadını döyərək, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Eldarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eldar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Zümrüd ilə 2017-cu ildə ailə həyatı qurub, birgə nigahdan 2 azyaşlı övladları var və hazırda onunla birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evlərində yaşayırlar: “Yanvarın 12-də, saat təxminən 21 radələrində evdə olarkən həyat yoldaşım Zümrüd Tik-Tok sosisl şəbəkəsindən istifadə etdiyinə görə ona öz iradımı bildirdim. Bu səbəbdən də aramızda sözlə mübahisələri baş verdi. Mübahisə zamanı əsəbləşərək yumruqla həyat yoldaşımın sifətinə, başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim”.

Eldar qeyd edib ki, arvadı ilə barışıb. Zərərçəkmiş qismində ifadə verən Zümrüd də əri ilə barışdığını, ondan şikayətçi olmadığını deyib.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəzərə alınıb. Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib.