Məşhur Hollivud ulduzları aktrisa Mila Kunis və onun həyat yoldaşı Eşton Katçer Ukraynaya dəstək videosu paylaşıblar.
Kult.az xəbər verir ki, videomüraciət Eşton Katçerin İnstaqram səhifəsində yerləşdirilib.
Mila Kunis videomüraciətində deyib ki, bu gün ukraynalı olduğu üçün həmişəkindən daha çox fəxr edir.
Cütlük Ukraynaya humanitar yardım üçün 3 milyon dollar ianə etməyi planlaşdırdığını bildirib. Bundan əlavə, Ukrayna üçün vəsait də toplayırlar. Söhbət 30 milyon dollardan gedir.
Follow @7timesaz