İsrailin Təl-Əviv şəhər məhkəməsi eynicinsli nikahda olan kişini “evdar qadın” kimi tanıyıb.
7Times.az xarici mediaya istinadən xəbər verir ki, hətta məhkəmə həmin homoseksual kişini Milli Sığorta Xidmətinə vergi ödəməkdən də azad edib.
Bildirilir ki, əvvəllər bu status yalnız qadınlar üçün mövcud idi.
Əvvəllər Milli Sığorta Xidməti bu statusun yalnız qadınlara aid olduğunu əsas gətirərək kişilərə verməkdən imtina edirdi.
Bununla belə, məhkəməyə görə Milli Sığorta Xidmətinin iddiaçıya ödənilmiş sığorta haqlarını qaytarmalı və onu ev sahibi kimi tanımalı idi. Ancaq məhkəmə ayrı-seçkiliyə görə təzminat təyin etməkdən imtina edib və buna səlahiyyətinin olmadığını bildirib.
Məhkəmə zamanı hakim İdit İtskoviç, qanunda “evdar qadın” sözünün sırf qadınlara münasibətdə işlədilməsi iki nəfərlik ailə mədəniyyətinə zərər verən köhnəlmiş ideoloji nümunədir.
“Tarixi kontekst açıq şəkildə göstərir ki, mövcud nizam cinslər arasında bərabərlik istəyən cəmiyyətin dəyərlərinə uyğun gəlməyən patriarxal münasibətləri davam etdirir. “Evdar qadın” termininin istifadəsi və onun yalnız qadınlarla əlaqələndirilməsi arxaikdir “, – hakim bildirib.
Follow @7timesaz