Türkiyənin Müdafiə naziri Hulusi Akar İrəvanla Bakı arasında yeni eskalasiya təhlükəsinin olduğunu bildirib.
7Times.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Akar sül sazişinin imzalanması nə qədər yubanarsa, yeni münaqişə riskinin bir o qədər yüksək olduğunu qeyd edib.
“Vəziyyət qeyri-sabitdir və get-gedə sülh sazişinin tezliklə imzalanmasına ümidimiz sönür. Hazırda münaqişə dondurulsa da, razılaşmanın uzadılması ilə hərbi əməliyyatların bərpası təhlükəsi artır”, – Hulusi Akar vurğulayıb.
Follow @7timesaz