Maqazin

“Hüquqşünaslığı oxuyub müğənni oldum” – Nigar Camal

“Hüquqşünaslığı oxuyub müğənni oldum” – Nigar Camalbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atam uzun illər “Azərişıq”da çalışıb. Orada Elektrik stansiyasının rəhbəri idi. Anam həm musiqi müəllimi, həm də psixoloq idi. Sakit uşaq olmamışam. Anam çox istəyirdi ki, musiqiçi olum. Piano ilə məşğul idim, amma idmana daha meyilli idim. Hüquqşünaslığı, iqtisadiyyat fakultəsində oxudum, sonra da müğənni oldum”.

Moderator.az olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni Nigar Camal Türkiyənin “Haber Global” kanalına müsahibəsində deyib.

“Poster” verilişinə qonaq olan sənətçi bildirib ki, 2011-ci ildə həyatı dəyişib:

“Avroviziyadan sonra çox şey dəyişdi. O zaman 31 yaşındaydım, amma uşaq kimiydim. Mənim üçün hər şey yeni idi, çünki müğənni deyildim. Həyatım öz axarıyla dəyişdi. Çətin zamanlar da oldu, ancaq indi hər şey istədiyim kimidir”.

Nigar qızları barədə də sualları cavablandırıb:

“Böyük qızımın 16, kiçiyin 15 yaşı var. Qızlarım musiqiçi olmaq istəmirlər, mən də istəmirəm. Çünki çox çətin sənətdir. Böyük qızım neft sahəsi üzrə çalışır, kiçik qızım isə psixoloq olmaq istəyir”.

“Neqativ insanları sevmirəm. Həmin insanlar neqativ olduqlarının fərqində deyillər. Düşünürlər ki, pozitivdirlər. Bəzən elə insanlar olur, baxırsan ki, yaxşı adamdır, gülərüzlüdür, amma o qədər mənfi enerji ötürür ki… Onlardan uzaq gəzirəm”, – deyə, müğənni bildirib.

N.Camal xoşbəxt olduğu məqamlardan da söz açıb:

“Qızlarımla danışanda, zarafatlaşanda xoşbəxt oluram. Hərdən bu zarafatları edəndə xəbərlər çıxır, insanlar qıcıqlanır”.