Maqazin

Hüseyn həyat yoldaşına QADAĞA QOYUB

Hüseyn həyat yoldaşına QADAĞA QOYUBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “Səhərin səsi” proqramında qonaq olub.

7Times.az axşam.az-a istinadən bildirir ki, klarnet ifaçısı həyat yoldaşı Aysel İbrahimovaya səhnə fəaliyyətində qoyduğu qadağalardan danışıb:

“Ayselin əsas sahəsi ifaçılıqdır. Azərbaycan Milli Konservatoriyasını bitirib. Aktrisa kimi də fəaliyyət göstərib. İstedadlı xanımdır. Lakin aktrisa kimi işləməyi ona təqdim olunan ssenaridən asılıdır. Əgər ssenaridə kiminsə əlindən tutmaq yoxdursa, olar, çəkilə bilər”.

Qeyd edək ki, Hüseyn və Aysel cütlüyünün bir oğul övladı var.