“Ənsarullah” hərəkatının üzvləri ABŞ tərəfindən Yəmənin qərbindəki neft limanına edilən hava zərbəsinə cavab olaraq, Qırmızı və Ərəb dənizlərində iki Amerika aviadaşıyıcısına hücum etdiklərini bildiriblər.
7Times.az xəbər verir ki, bu barədə husilərin siyasi bürosu məlumat yayıb.
“ABŞ-yə məxsus “Harry Truman” və “Carl Vinson” aviadaşıyıcıları, həmçinin onlara məxsus hərbi gəmilərinə qarşı Qırmızı və Ərəb dənizlərində ikili hərbi əməliyyat həyata təşkil edilib”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bu, “Carl Vinson” aviadaşıyıcısının Ərəb dənizinə daxil olmasından bəri ona qarşı həyata keçirilən ilk hücumdur.
Husilər həmçinin İsrailin “Ben Qurion” hava limanı yaxınlığında yerləşən hərbi hədəfi ballistik raketi ilə vurduqlarını iddia ediblər.
İqtisadiyyat.az
Follow @7timesaz