Türkiyə musiqisinin imperatoru İbrahim Tatlıses son həmləsi ilə sevənlərini sevindirib.
7times.az saytının xəbərinə əsasən 2014-cü ildə bağlanılan “Tatlıses TV” ekranlara geri qayıdıb.
Usta sənətkar Türkiyənin məşhur musiqi kanalı “Powertürk”-ün bağlanmasının ardından onun yayım tezliyini alaraq, “Tatlıses TV”-nin fəaliyyətini 6 il sonra yenidən bərpa edib.
Xatırladaq ki, “Powertürk TV” televiziya həyatına son verərək, bundan sonrakı yayımlarını internet üzərindən həyata keçirəcəyini açıqlayıb. 1 Martdan etibarən isə onun yerinə “Tatlıses TV” yayım həyatına başlayıb.
Elmir Kərimli
Follow @7timesaz