Türk musiqisinin imperatoru İbrahim Tatlıses yenidən evlənir.
7times.az xəbər verir ki, sevilən sənətçi özündən 42 yaş kiçik olan sevgilisi Gülçin Karakaya ilə evlənməyə qərar verib. Tatlısesin evlilik təklifinə “hə” cavabı verən Gülçin toy hazırlıqlarına da indidən başlayıb.
İllər sonra “İbo Show” proqramı ilə ekranlara geri qayıdan imperator həyatında yeni səhifə açmaq istəyir. Cütlüyün bu qərarını ailələri də məmmuniyyətlə qarşılayıb. Sənətçinin yenidən ata olmaq istədiyinə dair iddialar da yayılıb.
Xatırladaq ki, İbrahim Tatlıses indiyə qədər 4 dəfə evlənib, 7 övladı var.
Elmir Kərimli
Follow @7timesaz