Maqazin

İbrahim Tatlısesin Bakı konserti təxirə düşdü

İbrahim Tatlısesin Bakı konserti təxirə düşdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk musiqisinin “İmperator” ləqəbli sənətçisi İbrahim Tatlıses illər sonra Bakıya gələcəkdi.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçinin “Baku Crystal Hall”da keçirilməsi planlaşdırılan konserti təxirə salınıb. Gecəyə bilet alan izləyicilərə bildirilib ki, tədbir ləğv edilib. Konsertin afişası “iticket” platformasından da yığışdırılıb. Söylənilib ki, konsert oktyabrda baş tutacaq.

Qeyd edək ki, 20 maya planlaşdırılan gecəyə biletlər 45-500 manat arası dəyişirdi.