“Milan”ın və İsveç millisinin keçmiş futbolçusu Zlatan İbrahimoviç bir yerdə oynadığı oyunçulardan ibarət simvolik komanda formalaşdırıb.
41 yaşlı veteran forvard heyətə özünü də daxil edib.
Zlatan İbrahimoviçin rəmzi 11-liyi belədir:
Qapıçı: Canluici Buffon (“Yuventus”)
Müdafiəçilər: Lilian Türam (“Yuventus”), Alessandro Nesta (“Milan”), Tyaqo Silva (“Milan”, PSJ), Maksvell (“İnter”, “Barselona”, PSJ)
Yarımmüdafiəçilər: Xavi (“Barselona”), Patrik Vyera (“Yuventus”, “İnter”), Pavel Nedved (“Yuventus”), Ronaldinyo (“Milan”)
Hücumçular: Lionel Messi (“Barselona”), Zlatan İbrahimoviç.
Qeyd edək ki, İbrahimoviç “Milan”dan başqa, İspaniyanın “Barselona”, İtaliyanın “Yuventus” və “İnter”, Fransanın PSJ, İngiltərənin “Mançester Yunayted” və ABŞ-nin “Los Angeles Qalaksi” komandalarında da çıxışları ilə tanınır.
oxu.az
Follow @7timesaz