Hadisə

İçki məclisi bıçaqlanma ilə bitdi

İçki məclisi bıçaqlanma ilə bitdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

7times.az xəbər verir ki, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Pərviz Məmmədov bıçaqlanıb. Onun həmyerlisi 1989-cu il təvəllüdlü Nizami Ələkbərov tərəfindən bıçaqlandığı ehtimal edilir.

Yaralı xəstəxanaya yerləşdirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis şöbəsinə aparılıb.

Bildirilir ki, həmin şəxslər yeyib-içdikdən sonra içkili vəziyyətdə mübahisə ediblər. Hadisə də bu səbəbdən baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb./Report/