Qazaxda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb.
7times.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.
Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota Kəmri” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.
Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Follow @7timesaz