Böyük Britaniya kraliçası II Elizabetlə vida mərasimi ABŞ gündəminin əsas müzakirə mövzusu olub.
Vestminster kilsəsindəki dəfn mərasimində kral ailəsindən başqa, bir çox dövlət başçıları və ölkə nümayəndələri də iştirak ediblər.
Buradakı mərasimə qatılan ABŞ Prezidenti Co Bayden və həyat yoldaşının 14-cü sırada oturdulması ABŞ-da müzakirələri alovlandırıb.
Sosial şəbəkələrdə bir nömrəli müzakirə mövzusuna çevrilən bu vəziyyətlə bağlı ABŞ-ın keçmiş prezidenti Donald Tramp da diqqətçəkən açıqlamalar verib.
Baydenin ABŞ-ın prestijini cəmi iki ildə bitirdiyini iddia edən Tramp yazıb:
“Rəhbərimizin bəzi üçüncü dünya ölkələrinin liderlərini tanıması üçün yaxşı fürsət yarandı”.
Tramp həmçinin bildirib ki, ona orada oturmağı təklif etməzdilər və ölkəsi indiki vəziyyətdə olduğundan daha fərqli olardı.
Follow @7timesaz