Mauro İkardi “Qalatasaray”a transferi üçün böyük məbləğdən imtina edib.
Offsideplus.az xəbər verir ki, “Əl Hilal” və “Əl Şabab” klubları argentinalı ulduza illik 20 milyon avro maaş daxil olmaqla 3 illik müqavilə təklif edib. İkardi bu təklifləri geri çevirərək, yarı qiymətə “Qalatasaray”la anlaşıb.
Bu barədə “Sabah” nəşri məlumat yayıb.
İkardi “sarı-qırmızılar”la illik məvacibi 10 milyon avroya razılıq əldə edib.
Follow @7timesaz