İdman

İkardinin “Qalatasaray”a transferi Vanda Naraya görə gecikib

İkardinin “Qalatasaray”a transferi Vanda Naraya görə gecikibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatsaray”ın Mauro İkardi transferini açıqlayacağı tarix bəlli olub. 

Offsideplus.az xəbər verir ki, “Youtube” kanallarından birinə danışan Okan Buruk argentinalı hücumçunun 17 iyulda İstanbula gəlməsini gözlədiklərini açıqlayıb.

“İkardini gözləyirik təbii ki, inşallah, bazar ertəsi günü gələcək. Ailə, özəl məsələlərə görə, gəlişi bir az gecikib”.

“Sarı-qırmızılar”ın bu gün İkardi ilə razılıq əldə olunduğunu açıqlaması gözlənilir.

Qeyd edək ki, PSJ-də çıxış edən İkardinin agenti və həyat yoldaşı Vanda Nara qarnındakı şiddətli ağrılar səbəbindən xəstəxanaya aparılıb. Buna görə də, futbolçunun Türkiyəyə gəlməsi müvəqqəti təxirə salınıb.