Türkiyənin məşhur müğənni Gülşen Ramazan bayramında verdiyi konsertlərdən əldə etdiyi qonorarın miqdarı açıqlanıb.
OLAY yazır ki, pop ulduz Şimali Kiprdə iki dəfə səhnəyə çıxmağa qarşılığında 4, 5 milyon TL ödəniş alıb.
Qeyd edək ki, konsertlərindən birində müğənni musiqiçisini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, – deyə, zarafat edib. Gülşenin bu sözləri həmin liseyi oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib.
Tvitterdə #gulsentutuklansın həşteqi ilə yüzlərlə paylaşım edilib. Səhəri gün isə müğənni həbs olunmuşdu.
Follow @7timesaz