Ermənistanın təxribatına cavab olaraq görülən tədbirlər nəticəsində iki erməni əsgər məhv edilib, biri yaralanıb.
7Times.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin (MN) bu gün yaydığı məlumatda bildirilir ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.
“Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür” – MN-dən bildirilib.
Follow @7timesaz