Daxili İşlər Nazirliyinin əməkdaşları azyaşlıya qarşı törədilən fiziki şiddət faktı ilə əlaqədar, 1973-cü il təvəllüdlü L.L-nı saxlayıb.
7times.az “24News”a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, 1973-cü il təvəllüdlü L.L, digər iki dayə ilə birlikdə ailədəki 5 azyaşlı uşağa xidmət göstərirlərmiş. Məlum olub ki, L.L baxıcılığını etdiyi 2 yaşlı uşağa mütəmadi olaraq fiziki şiddət göstərib.
Bu barədə görüntüləri evdə işləyən digər uşaq baxıcıları: Ş.D və İ.B polisə təqdim ediblər. Daha sonra isə polis əməliyyat keçirərək L.L-nı saxlayıb. Unikal.org
Follow @7timesaz