Dünya

İlan və şahin eyni anda qadına hücum etdi

İlan və şahin eyni anda qadına hücum etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Texas ştatında Peggi Cones adlı qadın öz traktoru ilə torpağını biçərkən göydən ilan düşüb.

7Times.az xarici mənbəyə istinadən xəbər verir ki, ilan qadının sağ qoluna dolanarkən saniyələr sonra şahinin hücumuna məruz qalıb. Şahinin ovladığı ilanı yerə saldığı və daha sonra ilanı götürmək üçün qadına hücum etdiyi təxmin edilib.

İlan qadınln qoluna dolandığı üçün, şahin ona pəncəsi ilə hücum edib. 1 metrlik ilan qadının üzünə zəhərli maye ifraz edib. Şahin qadına təkrardan 4 dəfə hücum edib.

64 yaşlı qadın qolu yaralı halda xəstəxanaya yerləşdirilib.