Ölkə

İlham Əliyevin BƏƏ-yə səfəri nə vəd edir? – Politoloq

İlham Əliyevin BƏƏ-yə səfəri nə vəd edir? – Politoloqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycan BMT TŞ-də İrəvan əleyhinə koalisiya formalaşdırmağa çalışa bilər. Bu zaman isə BƏƏ-nin dəstəyi olduqca vacibdir”.
Bunu 7Times.az-a açıqlamasında politoloq Turan Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə səfəri və burada ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşünü şərh edərkən deyib. Deputat bildirib ki, bu, siyasi baxımdan da kifayət qədər diqqət çəkən səfərdir:
“Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-ə səfəri bu ölkənin rəhbərinin dəvətilə həyata keçirilib və işgüzar xarakterlidir. Lakin nə qədər işgüzar xarakterli olsa da, siyasi baxımdan da kifayət qədər diqqət çəkən səfər olub. BƏƏ ilə Azərbaycan arasındakı münasibətlərin qədim tarixi var. Ümumiyyətlə, Azərbaycan son illər türk dünyası ilə yanaşı, ərəb ölkələrilə münasibətlərə də xüsusi önəm verir. Bunun nəticəsidir ki, BƏƏ ilə Azərbaycan arasındakı münasibətlər kifayət qədər inkişaf edən tempdədir. Bakı ilə BƏƏ arasında münasibətlər yaşıl enerji, Qarabağdakı quruculuq işləri sahəsində inkişaf edir. BƏƏ investorları Azərbaycana müəyyən yatırımlar edib”.
Ekspert bildirib ki, siyasi baxımdan bu səfər Azərbaycan Prezidentinin dekabrda Fransa və Ermənistan tandeminin BMT-də ölkəmizə qarşı qəbul etməyə çalışdıqları qətnaməyə qarşı çıxan BƏƏ-ə bir təşəkkür idi:
“Həmin qətnaməyə qarşı çıxan ölkələr Böyük Birtaniya, Albaniya, Rusiya və BƏƏ olub. Nəticədə, ermənipərəstlərin həmin təşəbbüsləri reallaşmadı. Amma bununla belə mümkündür ki, Fransa bu ilə ərzində növbəti dəfə BMT-də anoloji təşəbbüslərini davam etdirsin. Bakı bu “təşəbbüslərin” qarşısını almaq üçün BƏƏ ilə münasibətlərin daha da inkişafında maraqlıdır. İyul ayında BMT TŞ-da sədrlik BƏƏ-in əlinə keçəcək. Ötən gün Azərbaycan və BƏƏ rəhbərlərinin görüşü zamanı bu məsələ də diqqətə çatdırılıb. Bakı tərəfindən BƏƏ-nin dəstəyinin bundan sonra da davam etdirilməsi zəruriliyi qeyd olunub”.
Politoloq qeyd edir ki, Azərbaycan digər tərəfdən, BMT-də Fransa və Ermənistana qarşı addımlar atmağa hazırlaşır:
“Qarabağda separatçıların olması, Zəngəzur dəhlizinin açılmaması, sülh müqaviləsinin imzalanmaması kimi məsələləri BMT TŞ-nin gündəliyinə gətirərək İrəvan əleyhinə koalisiya formalaşdırmağa çalışa bilər. Bu zaman isə BƏƏ-nin dəstəyi olduqca vacibdir”.
7Times.az